1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binası


Məhkəmə haqqında qısa məlumat

Azərbaycan Respublikası Prezidentinin 17.06.1999-cu il tarixli Fərmanı ilə 2000-ci ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri yaradılmışdır. Həmin fərmana əsasən respublika üzrə 3 məhkəmə - Bakı şəhərində yerləşən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsi, Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsi, Əli Bayramlı şəhərində yerləşən Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsi yaradılmışdır.

Sonradan Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanına əsasən 2007-ci ilin avqust tarixindən Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi ləğv edilərkən onun bazasında 1 və 2 saylı Bakı Yerli İqtisad Məhkəmələri və Sumqayıt Yerli İqtisad Məhkəməsi yaradılmışdır.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 17.07.2010-cu il tarixli Fərmanı əsasında Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi ləğv edilərək onun bazasında 2011-ci il yanvarın 1-dən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır.

Məhkəmə 10 hakimdən ibarət tərkibdə fəaliyyət göstərir və Bakı şəhərinin Qaradağ, Binəgədi, Nəsimi, Səbail və Yasamal rayonları onun ərazi yurisdiksiyasına daxildir.