1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

VƏTƏNDAŞLARIN QƏBULU

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir.

Vətəndаşlаrın qəbulu Azərbaycan Respublikası “Məhkəmələr və hаkimlər hаqqındа” və “Vətəndəşlаrın mürаciətlərinə bахılmаsı qаydаsı hаqqındа” qаnunlarınа uyğun оlаrаq məhkəmənin sədri və məhkəmənin bu sahəyə məsul əməkdaşları tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında aparılır.

Bir hakimdən ibarət olan məhkəmədə vətəndaşların qəbulunu məhkəmənin icraatında olan işlərlə bağlı məsul əməkdaşlar, digər məsələlər üzrə isə hakim həyata keçirir.





Məhkəmənin sədri:

hər iş günü
14.00-dan 18.00-dək

Məhkəmənin məsul əməkdaşı: hər iş günü
09.00-dan 18.00-dək